Xocavənddə axtarış: Erməni hərbçilərinin cəsədi aşkarlandı

18 İyun 2021 11:27 (UTC+04:00)

Xocavənd rayonunun azad edilmiş kəndlərində aparılmış axtarış işləri nəticəsində 3 erməni hərbçisinin cəsədi aşkar olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın axtarış qrupu məlumat yayıb.

Həmin şəxslərin kimliyini müəyyənləşdirmək üçün Ermənistanda məhkəmə tibbi ekspertizası təyin ediləcək.

Atəşkəsdən sonra Qarabağda 1579 erməni hərbçisinin cəsədi tapılıb.