“Dənizkənarı Milli Park”ın direktoru dəyişdi

18 İyun 2021 12:00 (UTC+04:00)

Dənizkənarı Bulvar İdarəsinə (İdarə) məxsus “Dənizkənarı Milli Park” MMC-nin direktoru Rəfael Niftəliyev vəzifəsindən azad edilib.

Teleqraf.com xəbər verir ki, şirkətə rəhbərlik İdarənin əməkdaşı Ceyhun Məmmədova həvalə olunub.