Azərbaycanda ağır qəza: Yaralılar var - Foto

18 İyun 2021 13:16 (UTC+04:00)

Tovuz rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.

Teleqraf.com-un bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Düz Qırıqlı kəndində baş verib.

"Hyundai" markalı avtomobillə "QAZ-31" markalı avtomobil toqquşub. Nəticədə minik maşınında olan 3 sərnişin ağır xəsarət alıb. Onlar 1996-cı il təvəllüdlü Ayxan İsmayıllı,1984-cü il təvəllüdlü Mansur Rüstəmov və Səbuhi Süleymanovdur.

Yaralılardan biri Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən çıxarılıb. Xəsarət alan şəxslər Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.