“Hitlerin SSRİ-yə qarşı apardığı savaş…” – Almaniya prezidenti

18 İyun 2021 21:14 (UTC+04:00)

“Hitler Almaniyasının Sovet İttifaqına qarşı müharibəsi qanlı barbarlıq idi”.

Teleqraf.com xəbər verir ki, bunu Almaniya Prezidenti Frank-Valter Ştaynmayer deyib.

“İlk gündən almanların apardıqları təbliğat nifrətdən qaynaqlandı: antisemitizm və anti-bolşevizmdən. Sovet İttifaqının slavyan və Asiya kökənli xalqlarına qarşı irqi ayrı-seçkilik edildi. Bu müharibəni aparanlar insanları misilsiz vəhşiliklə, hər şəkildə öldürürdülər”, - prezident bildirib.

Ştaynmayer hesab edir ki, nasistlər alman milləti və mədəniyyətini, eləcə də bütün sivilizasiyanı, bütün bəşəriyyət və hüquq prinsiplərini çirkləndiriblər.