DTX-nın həbs etdiyi şəxslərlə bağlı – Yeni xəbər

19 İyun 2021 10:29 (UTC+04:00)

Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları tərəfindən həbs olunan Rəşad Hüseynov, Emil Əliyev, Vasif Musayev, Şahin Hüseynov, Emil Əsədov, Asif Babayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Əfqan Hacıyevin icraatına verilib.

Yaxın günlərdəməhkəmə başlanacaq.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən əməliyyat-axtarış tədbirləri nəticəsində, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən güclü təsir edən maddələrin müntəzəm olaraq külli miqdarda Rusiya Federasiyasından gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirərək Azərbaycan Respublikasına gətirməkdə, satış məqsədi ilə qanunsuz olaraq əldə etməkdə, saxlamaqda və daşımaqda, eləcə də digər hüquqazidd əməlləri törətməkdə şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşları – Rəşad Hüseynov, Emil Əliyev, Vasif Musayev, Şahin Hüseynov, Emil Əsədov, Asif Babayevin qanunsuz əməllərinin qarşısı alınıb.

Cinayət başında ifşa olunmuş adları çəkilən şəxslərin idarə etdikləri avtomobillərə və yaşadıqları mənzillərə keçirilmiş baxış zamanı külli miqdarda müxtəlif növ güclü təsir edən maddələr və digər maddi sübutlar aşkar edilib.

İstintaq orqanı tərəfindən Rəşad Hüseynov, Emil Əliyev, Vasif Musayev, Şahin Hüseynov, Emil Əsədov, Asif Babayevin barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) və 240.3.2-ci (külli miqdarda güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi) maddələri ilə ittiham elan edilib.