FIFA prezidenti Bakıya gəlir

20 İyun 2021 17:29 (UTC+04:00)

FIFA-nın prezidenti Gianni İnfantino bu gün AVRO-2020-nin A qrupu çərçivəsində Bakı Olimpiya Stadionunda keçiriləcək İsveçrə – Türkiyə oyununu izləmək üçün Bakıya gələcək.

Bu barədə Teleqraf.com AFFA-ya istinadən xəbər verir.

Qeyd edək ki, qarşılaşma saat 20:00-da başlayacaq.