ABŞ-da tufan 12 nəfərin həyatına son qoydu

20 İyun 2021 20:58 (UTC+04:00)

Amerika Birləşmiş Ştatlarının Alabama ştatında yağış və güclü küləyin səbəb olduğu daşqınlar 12 nəfərin həyatına son qoyub.

Teleqraf.com xəbər verir ki, həlak olanların əksəriyyəti təbii fəlakətin səbəb olduğu yol-nəqliyyat hadisələri nəticəsində həyatlarını itirib.

Bundan başqa, daha bir böyük və uşaq yaşayış evinə ağacın düşməsi nəticəsində ölüb.