Azərbaycan nefti ucuzlaşdı

21 İyun 2021 09:22 (UTC+04:00)

Ötən həftə ərzində (14-18 iyun) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 73,11 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 1,96 dollar və ya 2,7% çoxdur.

Teleqraf.com-un məlumatına görə, həftə ərzində ən yüksək göstərici (III gün) – 76,52 dollar təşkil edib, ən minimal göstərici (IV gün) isə 74,53 dollar səviyyəsində olub.

Həftə ərzində Azərbaycan neftinin qiyməti 0,07 dollar və ya 0,1% azalıb.