Azərbaycan və Qazaxıstan XİN başçılarının görüşü başladı

21 İyun 2021 12:16 (UTC+04:00)

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycana rəsmi səfərdə olan Qazaxıstan baş nazirinin müavini - xarici işlər naziri Muxtar Tileuberdini qarşılayıb.

Teleqraf.com xəbər verir ki, C.Bayramov qazaxıstanlı həmkarını salamlayıb.

Daha sonra nazirlər arasında nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüş başlayıb.