"İcbari tibbi sığorta üzrə 217 mln manat vəsait ödənilib" - Mikayıl Cabbarov

21 İyun 2021 17:13 (UTC+04:00)

"Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqi sosial iqtisadi inkişaf üçün yeni mərhələdir".

Teleqraf.com xəbər verir ki, bu barədə İqtisadiyyat Naziri Mikayıl Cabbarov "Twitter"də yazıb.

"İcbari tibbi sığorta haqları üzrə 5 ayda dövlət büdcəsinə 216,8 mln manat vəsait ödənilib ki, bu da, proqnoza nisbətən 10,7% çoxdur", - deyə o, qeyd edib.