Yol polisinin sürücüdən rüşvət alması ilə bağlı araşdırmalara başlanıldı

21 İyun 2021 18:57 (UTC+04:00)

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sosial şəbəkələrdə Abşeron rayonu, Novxanı qəsəbəsində yol polisi əməkdaşının sürücüdən rüşvət alması iddiası ilə bağlı yayılan görüntülərə münasibət bildirib.

Teleqraf.com-un məlumatına görə, İdarənin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis polkovnik-leytenatı Namidan Piriyev “Report"a bildirib ki, hazırda həmin məsələ ilə bağlı xidməti yoxlama aparılır.

“Araşdırmanın nəticəsindən aslı olaraq hüquqi qiymət veriləcək”, - N.Piriyev açıqlamasında qeyd edib.

Xatırladaq ki, sosial şəbəkələrdə Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində yol polisi əməkdaşının qaydaları pozan avtomobil sürücüsünü saxlayaraq ondan rüşvət aldığı iddia edilir.