Əli Əsədov Qazaxıstan baş nazirinin müavini ilə görüşdü

21 İyun 2021 19:44 (UTC+04:00)

Azərbaycanın Baş naziri Əli Əsədov iyunun 21-də Qazaxıstan baş nazirinin müavini, xarici işlər naziri Muxtar Tleuberdi ilə görüşüb.

Bu barədə Teleqraf.com-a Nazirlər Kabinetindən məlumat verilib.

Görüşdə Azərbaycan-Qazaxıstan əlaqələrinin uğurla inkişaf etdiyi məmnunluqla qeyd edilib, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.