Türkiyədə komendant saatı bu tarixdən ləğv edilir

21 İyun 2021 21:55 (UTC+04:00)

Türkiyədə koronavirus pandemiyasına görə tətbiq olunmuş komendant saatı iyulun 1-dən ləğv edilir.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Bu gün Nazirlər Kabinetinin iclasında qərar qəbul etdik: iyulun 1-dən komandant saatı tamamilə ləğv edilir. Dövlət müəssisələri adi iş saatına qayıdır. İctimai nəqliyyatda yaş məhdudiyyəti aradan qaldırılır”, - Ərdoğan bildirib.