Ceyhun Bayramov Səudiyyə Ərəbistanına getdi

23 İyun 2021 17:10 (UTC+04:00)

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun rəhərlik etdiyi nümayəndə heyəti rəsmi səfərlə Səudiyyə Ərəbistanı Krallığına yola düşüb.

Bu barədə Teleqraf.com-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Səfər çərçivəsində Səudiyyə Ərəbistanı Krallığının yüksək səviyyəli rəsmiləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.