Britaniya səfiri Rusiya XİN-ə çağrılacaq – Qara dənizdəki insidentə görə

23 İyun 2021 20:42 (UTC+04:00)

Britaniyanın Rusiyadakı səfiri Britaniya esminesinin Qara dənizdə dövlət sərhədini pozduğu üçün Xarici İşlər Nazirliyinə çağrılacaq.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova söyləyib.

“Biz bunu beynəlxalq və Rusiya qanunlarına zidd olan kobud ingilis təxribatı kimi qiymətləndiririk”, - deyə diplomat brifinq zamanı bidirib.

İyunun 23-də Britaniya Hərbi Dəniz Qüvvələrinin esminesinin Rusiyanın dövlət sərhədini pozaraq Fiolent burnu yaxınlığındakı ərazi sularına girməsi barədə məlumat yayılıb.