NATO Quru Qoşunları Komandanlığının nümayəndə heyəti Hərbi Akademiyada oldu

23 İyun 2021 18:27 (UTC+04:00)

Ölkəmizdə səfərdə olan NATO-nun İzmirdə yerləşən Quru Qoşunları Komandanlığının Qərargah rəisi diviziya generalı Metin Tokelin başçılıq etdiyi nümayəndə heyəti Silahlı Qüvvələrin Hərbi Akademiyasını ziyarət edib.

Bu barədə Teleqraf.com-a Müdafiə Nazirliyindən məlumat verilib.

Görüş zamanı qonaqlara Hərbi Akademiyanın fəaliyyəti barədə geniş brifinq təqdim edilib, NATO ilə hərbi təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.