İranlı jurnalistləri daşıyan avtobus aşdı - ölən və yaralananlar var

23 İyun 2021 21:44 (UTC+04:00)

İranlı jurnalistləri daşıyan avtobus aşıb.

Teleqraf.com xəbər verir ki, Qərbi Azərbaycan əyalətində yerləşən Kani Sib su bəndindən reportaj hazırlamaq məqsədilə Nəqədə şəhərinə səfər edən jurnalistlərin avtobusunun aşması nəticəsində 2 nəfər ölüb, 21 nəfər yaralanıb.

Yaralı jurnalistlərdən bir neçəsinin vəziyyəti ağırdır.

Yaralılar Nəqədə şəhər xəstəxanasına yerləşdirilib.

Ölən jurnalist xanımlar "İRNA" və "İSNA" agentliklərinin əməkdaşlarıdır.