Efiopiya bombalandı - 50 ölü, 100 yaralı

24 İyun 2021 00:26 (UTC+04:00)

Efiopiyada hava zərbəsi nəticəsində 50-dən çox insan həlak olub, 100-dən çox sakin xəsarət alıb.

Teleqraf.com xəbər verir ki, bu barədə həkimlərin açıqlamasına istinadən "Associated Press" bildirib.

Qeyd edilir ki, hava zərbəsi zamanı azı 33 nəfər itkin düşüb.

Yaralılar Mekele şəhərinin xəstəxanasına çatdırılıb. Xəsarət alanlar arasında həddi-buluğa çatmayanlar da var.

Qeyd edilir ki, bomba Toqoqi bazarına atılıb.