Biznes mərkəzində intihar hadisəsi... – Prokurorluq açıqladı

24 İyun 2021 10:37 (UTC+04:00)

İyunun 22-də 1999-cu il təvəllüdlü Elvin Məmmədov işlədiyi “Azure” biznes mərkəzinin 15-ci mərtəbəsində yerləşən “Polyagro” ofisinin pəncərəsindən özünü ataraq intihar edib.

Baş Prokurorluqdan Teleqraf.com-a bildirilib ki, faktla bağlı hazırda Xətai rayon Prokurorluğunda araşdırma aparılır.

Araşdırmanın gedişatı və nəticəsinə uyğun olaraq qanuni qərarın qəbul edilməsi, bu barədə ictimaiyyətə məlumatın verilməsi təmin ediləcəkdir.