Türkiyə ilə AB arasında müzakirə - Tərəflər razılığa gəldi

24 İyun 2021 12:30 (UTC+04:00)

Avropa Birliyi ilə Türkiyə arasında birgə təhlükəsizlik və müdafiə siyasəti mövzusunda məsləhətləşmələr keçirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Avropa Birliyinin Xarici Əlaqələr Departamenti məlumat yayıb.

Qeyd edilib ki, məsləhətləşmələrdə Türkiyəni Xarici İşlər Nazirliyinin beynəlxalq təhlükəsizlik işləri idarəsinin rəhbəri Gülin Dinç, Avropa Birliyini Ortaq Təhlükəsizlik və Müdafiə Siyasəti Departamentinin rəsmisi Çarlez Fries təmsil edib.