Bu hərbçilər “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi

24 İyun 2021 13:14 (UTC+04:00)

Prezident İlham Əliyev iyunun 24-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Teleqraf.com xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçu “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.

“Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilənlərin siyahısı