UEFA səfər qolu qaydasını ləğv etdi - Rəsmi

24 İyun 2021 17:32 (UTC+04:00)

UEFA 2021/2022 mövsümündən səfər qolu qaydasını ləğv edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Avropa futbol qurumu məlumat yayıb.

Qol sayı bərabər olarsa, hərəsi 15 dəqiqədən ibarət iki əlavə hissə oynanılacaq. Burada da qalib müəyyənləşməsə, penaltilər seriyası baş tutacaq.