Putin Paşinyana zəng etdi - Vacib müzakirə

24 İyun 2021 18:09 (UTC+04:00)

Ermənistan Respublikasının Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Rusiya dövlətinin başçısı Ermənistan baş naziri vəzifəsinin icraçısını növbədənkənar parlament seçkilərinin uğurla keçirilməsi və əldə olunan qələbə münasibətilə təbrik edib.

"Tərəflər regiondakı vəziyyətə və 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların müddəalarının həyata keçirilməsinə toxunublar", - deyə məlumatda qeyd olunub.

Bu çərçivədə Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan ilk növbədə “hərbi əsirlərin” geri qaytarılmasının əhəmiyyətini vurğulayıb.