Azərbaycanda dördüncü dalğa olmayacaq - Həkimdən mühüm açıqlama

29 İyun 2021 09:09 (UTC+04:00)

Bir çoxları pandemiyada dördüncü dalğanın olacağı ilə bağlı xəbərdarlıq edilər. Heç bir dördüncü dalğa olmayacaq. Belə məlumatlarla insanları stressə salmayın.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Azərbaycan Həkimləri İctimai Birliyinin təsisçilərindən biri, həkim-radioloq Aydın Əliyev deyib.

Onun sözlərinə görə, Azərbaycanda pandemiyanın dördüncü dalğası gözlənilmir:

“Azərbaycanda cəmi bir epidemik alovlanma olub. Bizdə karantin sərtləşdiriləndə yoluxma azalıb, yumşaldılanda isə artıb. Bu dalğa deyil. Dalğa odur ki, eyni karantin şərtlərində yoluxma sayı artıb-azalsın. Dördüncü dalğa proqnozu verənlər biraz düşünsün. Pandemiya bitər-bitməz əksər insanlarda psixi-nevroloji problemlər ciddi şəkildə artmaqdadır. Yenidən insanları stressə salmaq olmaz. Bu, ciddi fəsadlar yarada bilər. Nə olacaqsa, olacaq. Situasiyaya uyğun davranılmalıdır”.