Fəxrəddin Manafov xəstəxanaya yerləşdirilib?

15 İyul 2021 23:13 (UTC+04:00)

Xalq artisti Fəxrəddin Manafovun səhhətinin pisləşməsi haqqında yayılan xəbərlər yalandır.

Teleqraf.com xəbər verir ki, bu haqda aparıcı Hacı Nuran məlumat verib.

O, xalq artisti ilə görüşdüyünü bildirib: "Bəzi saytlarda Fəxrəddin Manafovun xəstəliyi ilə bağlı xəbərlər yayıldı. Yazılanlara görə, allergik xəstəliyə tutulan aktyor təcili xəstəxanaya yerləşdirilib. Əslində yazılanlardan xəbəri yox idi. Görüşdük. O, dedi ki, "görürsən də ay Nuran...Deyəsən gündəm yoxdur axı...".

Qeyd edək ki, mətbuatda Fəxrəddin Manafovun bədənində ağır allergik səpkilər əmələ gəldiyi və xəstəxanaya yerləşdirildiyi haqqında xəbər yayılıb.