Bölgədə hərbi fəallıq: Qoşunlar Rusiya sərhədinə göndərildi

21 İyul 2021 17:39 (UTC+04:00)

Ukrayna qoşunlarını Rusiya sərhədlərinə göndərib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

Açıqlamada “Buk” zenit-raket kompleksləri döyüş qruplarının “ilhaq edilmiş” Krımla təmas xəttinə gəldikləri bildirilib.

Bu, hava hücumundan müdafiə bölmələrinin taktiki hazırlığı çərçivəsində həyata keçirilib. Bölgəyə göndərilən birliklər hərbi təlimdə iştirak edirlər.