Şirvanda köhnə tikilidə yanmış kişi meyit tapıldı

21 İyul 2021 23:26 (UTC+04:00)

Şirvan şəhəri Heydər Əliyev prospektində yerləşən köhnə tikilidə transformator qutusunda yanmış kişi meyiti aşkar edilib.

Teleqraf.com xəbər verir ki, meyit müayinə olunmaq üçün Şirvan Şəhər Pataloji anatomiya və məhkəmə tibbi ekspertiza mərkəzinə yerləşdirilib.

Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda araşdırma aparılır.