2020 və 2021-ci il turizm üçün ən dəhşətli illərdir - Statistika

22 İyul 2021 11:50 (UTC+04:00)

Dünya Turizm Təşkilatının (DTT) məlumatına görə, beynəlxalq turizm bu ilin yanvar-may ayları arasında 2019-cu ilin eyni dövrü ilə müqayisədə 85 faiz azalıb.

Teleqraf.com xəbər verir ki, BMT-nin Beynəlxalq Turizm Təşkilatı COVID-19 pandemiyası səbəbindən turizm sektorundakı mövcud vəziyyətlə bağlı konkret rəqəmlərlə çıxış edib.

Turizm tarixindəki ən böyük böhran ikinci ildir davam edir. BTT-nin məlumatlarına görə, bu ilin yanvar-may aylarında beynəlxalq turizm axını 2019-cu il səviyyəsindən 85, 2020-ci illə müqayisədə 65 faiz az olub.

May ayında kiçik bir sıçrayışa baxmayaraq, COVID-19 virusunun ortaya çıxması və məhdudiyyətlərin davam etməsi daxili turizmin beynəlxalq səyahətlərdən daha üstün vəziyyətə gətirib.

Məlumatda əlavə edilir ki, bu ilin ilk beş ayında dünyada 2020-ci ilin eyni dövrü ilə müqayisədə 147 milyon, 2019-cu ilə nisbətən 460 milyon az beynəlxalq gəliş qeydə alınıb.

BMT-nin Dünya Turizm Təşkilatının mütəxəssisləri dünya turizminin 2023-cü ilə qədər əvvəlki səviyyəsini bərpa edəcəyinə inanmır.

Dünya Turizm Təşkiları 2020-ci ili turizm üçün ən pis il sayır. 2020-ci ildə 2019-cu illə müqayisədə 1,5 milyard daha az beynəlxalq səyahət olub.