Prezidentə sui-qəsdin arxasından Fransa hərbçiləri çıxdı - İnanılmaz

24 İyul 2021 18:16 (UTC+04:00)

Bir neçə gün əvvəl Madaqaskar Prezidenti Andri Rajoelinaya qarşı sui-qəsd cəhdinin arxasında fransız hərbçiləri çıxıb.

Teleqaraf.com xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər naziri R.Randrianarison deyib.

O, bildirib ki, təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyat zamanı çoxlu sayda silah və pul ələ keçirilib.

Nazir deyib ki, saxlanılan 6 nəfər şəxsən 2-si həm Madaqaskar, həm də Fransa pasportlu ikili vətəndaşlığı olan şəxslərdir: “Saxlanılanlardan biri Fransa, 3 isə Madaqaskar vətəndaşıdır”.

Ehtimala görə, proses bir il əvvəldən hazılanıb. Madaqaskar rəsmilərinin fikrincə, belə bir planı həyata keçirmək üçün 6 nəfər olduqca azdır.

“Madaqaskarda fəaliyyət göstərən beynəlxalq neft şirkətlərinin bu şəxslərlə təmasda olduğunu müəyyən etdik. Onlara 5 milyon avroluq maliyyə yardımı göstərildiyi məlum oldu. Əməliyyatda 250 min avronu ələ keçirdik. Pulun qalan hissəsi haradadır?”,- Daxili İşlər naziri sual edib.