Ağcabədidə restoran sahibinə cinayət işi açıldı

24 İyul 2021 16:10 (UTC+04:00)

Ağcabədidə karantin qaydalarını pozan restoran sahibi barəsində cinayət işi başlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, rayonun Avşar kəndi ərazisində yerləşən “Kral” şadlıq sarayında pandemiya tələblərinin pozulduğu müəyyən edilib.

Yoxlamalar zamanı toy mərasimində qonaqların sayının normadan artıq olduğu aşkarlanıb.

Restorana cavabdeh şəxs olan M.Cəfərov bir neçə dəfə bu cür qayda pozuntusuna yol verdiyindən barəsində Ağcabədi RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb. Faktla bağlı araşdırma aparılır.