COVID-19 pasportu olmayanlar toya buraxılmadı

24 İyul 2021 22:49 (UTC+04:00)

Daxili İşlər Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və müvafiq rayon icra hakimiyyətlərinin nümayəndələri, Qida Təhlükəsizliyi Agentliyi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti əməkdaşlarından ibarət birgə monitorinq qrupları Bakı şəhərində toy məclisi təşkil edilən bütün restoranlarda yoxlama-nəzarət profilaktik tədbirlər həyata keçirir.

Teleqraf.com xəbər verir ki, COVID-19 pasportu olmayan şəxslər restoranlara buraxılmayıb.

Analoji tədbirlər Qaradağ, Binəqədi, Nizami, Nərimanov, Nəsimi, Pirallahı, Sabunçu, Səbail, Suraxanı, Xətai, Xəzər, Yasamal rayonlarında həyata keçirilib.