XXI əsrin rekordu: Sui-qəsd və əcəllə ölən siyasi liderlər – Şok faktlar

26 İyul 2021 13:22 (UTC+04:00)

2020-ci ilin əvvəlindən bu yana dünyanın bir sıra ölkələrində hakimiyyətdə olan səkkiz dövlət və ya hökumət başçısı ölüb.

Teleqraf.com xəbər verir ki, bu barədə RBK məlumat yayıb. Mənbə bunun “XXI əsrin rekordu” adlandırıb.

Məlumata görə, 2018–2019-cu illərdə beş lider vəfat edib və ya öldürülüb, 2016–2017-ci illərdə dörd nəfər ölüb.

İyulun 7-də Haiti Prezidenti Jovenel Moiz öz iqamətgahında güllələnib. Cinayətkarlar əvvəlcə ona işgəncə veriblər, sonra prezidenti 12 güllə ilə vurublar. Olayda xanımı da yaralanıb, amma sağ qalıb.

Aprel ayında Çad Prezidenti İdris Debi qiyamılarla döyüşdə aldığı xəsarətlərdən həlak olub.

Tanzaniya və Burundi prezidentləri (Con Pombe Jozef Maqufuli və Pyer Nkurunziza) xəstəlikdən vəfat ediblər. Maqufuli COVID-19-dan ölüb, Nkurunzizanın rəsmi ölüm səbəbi isə ürək çatışmazlığı göstərilib. Bundan başqa, Bəhreyn Baş naziri Xəlifə bin Salman əl-Xəlifə də xəstəlikdən həyatını itirib.

Bundan əlavə, iki il ərzində Fildişi Sahillərinin iki baş naziri vəfat edib. Amed Bakayoko 2019-cu ildə xərçəngdən, bir il sonra Amadu Qon Kalibali hökumətin iclasında səhhətində yaranmış gözlənilməz narahatlıqdan dünyasını dəyişib.

Bu il iyulun 20-də 1972-1977-ci illərdə ölkəni idarə edən El Salvadorun keçmiş prezidenti, polkovnik Arturo Armando Molina ölüb. O, 93 yaşında idi.

İyulun 14-də Pakistanın keçmiş prezidenti Məmnun Hüseyn vəfat edib. O, 81 yaşında ölüb. Siyasətçi uzun müddətdir xərçənglə mübarizə aparırdı.

Aprelin 19-da ABŞ-ın keçmiş vitse-prezidenti Uolter Mondeyl vəfat edib. Siyasətçinin ölüm səbəbi hələ dəqiqləşdirilməyib.