Türkiyəyə səfir təyin olunan Rəşad Məmmədov kimdir? - Dosye

26 İyul 2021 14:09 (UTC+04:00)

Prezident İlham Əliyevin Sərəncamı ilə Rəşad Eynəddin oğlu Məmmədov Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Teleqraf.com Rəşad Məmmədov haqqında məlumatı təqdim edir:

Rəşad Eynəddin oğlu Məmmədov 31 oktyabr 1973 ildə Gəncə şəhərində anadan olub.

1990–1995-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb, 2002–2004-cü illərdə G.Plexanov adına Rusiya Dövlət İqtisad Akademiyasının magistraturasını bitirib. 2017–2020-ci illərdə Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin doktoranturasını bitirib.

1990–1992-ci illərdə Ədliyyə Nazirliyinin Aparatında Kargüzar olaraq çalışıb. 1992–1994-ci illərdə Həqiqi hərbi xidmətdə olub. Azərbaycan Respublikası Birinci Qarabağ müharibəsi veteranıdır. Goranboy ikinci ərazi batalyonunda və Müdafiə Nazirliyinin Murov istiqamətində döyüş şəraitində olan N saylı hərbi hissəsində döyüş yolu keçib. 1995-1996-cı illərdə Bakı Hərbi Prokurorluğunda Mühafizə bölməsinin rəisi olub. 1996–2000-ci illərdə Bakı Hərbi Prokurorunun köməkçisi vəzifəsində çalışıb, 2000–2001-ci illərdə Azərbaycan Respublikası Xariciİşlər Nazirliyi MDB idarəsində attaşe, 2001–2006-cı illərdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyində üçüncü katib, ikinci katib, 2006–2008-ci illərdə Xarici İşlər Nazirliyinin Konsulluq idarəsində Konsuluq Hüquqməsələləri şöbəsinin müdiri, 2008–2010-ci ildə Azərbaycan Respublikasının Qazaxıstan Respublikasının Aktau şəhərindəki Baş Konsulluğunda Baş Konsulun vəzifəsini icra edib. 2010-cu ildə Prezidentinin Sərəncamı ilə Birinci dərəcəli Fövqəladəvə Səlahiyyətli Elçi diplomatik rütbəsi verilib. 2010–2015-ci illərdə Azərbaycan Respublikasının Qazaxıstan Respublikasının Aktau Şəhərindəki Baş Konsulu olub. 2015-2021-ci illərdə Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri olub.

Ailəlidir, 3 övladı var.