Peyvəndə əks göstərişi olanlar üçün sertifakat hazırlanır - Mövsümov

26 İyul 2021 15:28 (UTC+04:00)

Peyvəndə qarşı əks göstərişləri olan şəxslər üçün hazırda Səhiyyə Nazirliyi tərəfindən əks göstəriş sertifikatı nəzərdə tutulur.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov deyib.

O qeyd edib ki, bunun üçün vətəndaşlar poliklinikalara yaxınlaşaraq, yoxlanışdan keçiriləcək:

"Əgər həqiqətən şəxsin əks göstərişi olarsa, ona sertifikat veriləcək".