Sentyabrdan qapanma gözlənilirmi? - Prezident köməkçisi

26 İyul 2021 15:32 (UTC+04:00)

Sentyabr ayında qapanma gözlənilmir.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov deyib.

O bildirib ki, qarşıdakı dövrdə veriləcək qərarlar yoluxma sayının göstəricilərindən asılıdır.

Prezident köməkçisi əlavə edib ki, toyların keçirilməsi ilə bağlı qadağa da gözlənilmir.