TBMM sədri Bakı Bəyannaməsini tarixi nailiyyət adlandırdı

27 İyul 2021 22:57 (UTC+04:00)

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Azərbaycanın 44 günlük Vətən müharibəsindəki haqlı mübarizəsində dost və qardaş ölkələrin rolundan danışıb.

Teleqraf.com xəbər verir ki, Türkiyə parlamentinin sədri "HaberGlobal" televiziyasına eksklüziv müsahibəsində zəfərdə Türkiyə ilə bərabər, Pakistanın da mənəvi dəstəyinin olduqca vacib rol oynadığını bildirib: "Bu mənada niyə bu həmrəyliyi daha geniş sferada inkişaf etdirməyək deyə düşündük. Bugünkü imzaladığımız Bakı Bəyannaməsi məhz bu fikir nəticəsində ərsəyə gəlmiş oldu".

M.Şentop bu baxımdan Tükiyə, Azərbaycan və Pakistan parlament sədrlərinin iyulun 27-də imzaladıqları Bakı Bəyannaməsini tarixi nailiyyət adlandırıb.

O, üç ölkənin parlament sədrləri səviyyəsində növbəti görüşün 2022-ci ilin mart ayında İslamabadda baş tutacağını vurğulayıb.