Azərbaycan və İranın XİN başçıları bölgədəki son vəziyyəti müzakirə etdilər

27 İyul 2021 22:24 (UTC+04:00)

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif arasında telefon danışığı baş tutub.

Bu barədə Teleqraf.com-a Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib.
Nazirlər iki ölkə arasındakı əməkdaşlıq gündəliyinin bəzi məsələləri üzrə, habelə bölgədəki son vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.