Bıçaqlanan rektor müşavirinin səhhəti ilə bağlı - Son məlumat

28 İyul 2021 10:52 (UTC+04:00)

Xəbər verdiyimiz kimi ötən gün Bakı Dövlət Universitetinin (BDU) rektorunun Maliyyə məsələləri üzrə müşaviri Mirzə Mirzəyev bıçaqlanıb.

Teleqraf.com rektor müşavirinin səhhəti ilə bağlı BDU-nun mətbuat xidməti ilə əlaqə saxlayıb.

Universitetdən bildirilib ki, hazırda Mirzə Mirzəyevin vəziyyət normaldır, hər şey qaydasındadır.