Azərbaycana ən çox bu ölkələrin vətəndaşları gəlib

28 İyul 2021 18:10 (UTC+04:00)

Bu ilin altı ayında Azərbaycana 12 min 813 nəfər daxil olub. Ən çox əcnəbi gələn ölkələr sırasında ilk üçlükdə Rusiya, Gürcüstan və Türkiyə yer alır.

Teleqraf.com xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətini rəisi Vüsal Hüseynov qurumun altı aylıq fəaliyyəti ilə bağlı keçirilən onlayn mətbuat konfransında deyib.

Xidmət rəisi bildirib ki, hazırda ölkədə 127 min əcnəbi yaşayır. Həmin əcnəbilər Rusiya, Gürcüstan, Türkiyə, Ukrayna, Qazaxıstan və digər ölkələrdəndir.