Dünya nəhəngindən Talibana şok dəstək: “Ümidimiz sizədir”

28 İyul 2021 22:58 (UTC+04:00)

Çin radikal Taliban hərəkatını Əfqanıstandakı əsas hərbi və siyasi qüvvə hesab edir.

Teleqraf.com xəbər verir ki, bunu Çin Xarici işlər naziri Vanq Yi Talibanın siyasi qolunun başçısı Abdullah Qəni Bəradərlə görüşündə deyib.

“Əfqanıstan əfqan xalqına məxsusdur, ölkənin gələcəyi və taleyi bu xalqın əlində olmalıdır”, nazir bildirib.

Onun sözlərinə görə, ABŞ hərbçilərinin ölkədən çıxarılması Amerika siyasətinin uğursuzluğu olsa da, bu, əfqan xalqına müstəqil inkişaf şansı verir. Vanq Yi Talibanın Əfqanıstanda barışıq yaratmaq üçün hər şeyi edəcəyinə ümid etdiyini bildirib.

Nazir qeyd edib ki, Əfqanıstandakı bütün siyasi qüvvələr ölkələrini xalqlarının mənafeləri naminə idarə etməyə başlamaq üçün birləşməlidir.