Füzulidə daha 2 erməni hərbçisinin qalıqları aşkar olundu

28 İyul 2021 20:37 (UTC+04:00)

İşğaldan azad olunmuş Füzuli rayonunda daha 2 erməni hərbçisinin qalıqları aşkar olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Hərbçilərin şəxsiyyəti Ermənistanda keçiriləcək məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşəcək.

Qeyd edək ki, bununla da işğaldan azad olunmuş ərazilərdə aparılan axtarış əməliyyatları zamanı ümumilikdə 1 618 erməni hərbçisinin cəsədi və ya qalıqları tapılaraq Ermənistan tərəfinə təhvil verilib.