Bayden Belarus müxalifətinin lideri ilə görüşdü

28 İyul 2021 23:28 (UTC+04:00)

ABŞ prezidenti Co Bayden Ağ Evdə Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri şəxsi “Twitter” səhifəsində paylaşım edib.

“Bu səhər Ağ Evdə Tixanovskaya ilə görüşmək mənim üçün şərəf idi. Birləşmiş Ştatlar Belarus xalqını demokratiya və universal insan haqlarına çatması üçün dəstəkləyir”, - deyə prezident yazıb.