Ukraynada təyyarə qəzası - Üç amerikalı öldü

29 İyul 2021 00:58 (UTC+04:00)

Ukraynanın İvano-Frankovsk bölgəsində kiçik idman təyyarəsinin qəzaya uğraması nəticəsində üç ABŞ vətəndaşı ölüb.

Teleqraf.com xəbər verir ki, bu barədə yerli hüquq -mühafizə orqanları məlumat yayıb.

Daha əvvəl Ukraynanın Fpvqəladə Hallar üzrə Dövlət Təcili Xidməti təyyarənin fərdi yaşayış binasına düşərək yandığını və nəticədə dörd nəfərin həlak olduğunu bildirib.

Hadisə yerində müstəntiqlər, məhkəmə ekspertləri və digər xidmətlər araşdırma aparır.