Əfqanıstan sürətlə boşalır, əhali növbələrdə... - Foto

29 İyul 2021 14:44 (UTC+04:00)

ABŞ-ın Əfqanıstandan çəkilmə qərarından və Talibanın hücumlarından sonra əhali ölkəni sürətlə tərk etməyə hazırlaşır.

Teleqraf.com xəbər verir ki, gün ərzində 8 min əfqan xarici pasport almaq üçün uzun növbələrə toplaşır.

İnsanlar bəzən bilet almaq üçün 12 saatadək Kabil şəhərinin dözülməz istisində gözləməli olurlar.

Ölkədə təhlükəsizlikdən narahat olan əfqanlar əsasən Almaniyaya getmək istəyirlər.

Birləşmiş Millətlər Təşkilatının məlumatlarına görə, yanvar ayından bəri 270 mindən çox əfqan evlərini tərk edib. Əfqan qaçqınların ümumi sayının dünya miqyasında 3,5 milyon olduğu təxmin edilir.