Azər Zahiddən həyat yoldaşına xoş sözlər: "Gözəl və sevimli..." - Foto

29 İyul 2021 18:48 (UTC+04:00)

Tanınmış aparıcı Azər İsmayılov (Azər Zahid) həyat yoldaşını doğum günü münasibəti ilə təbrik edib.

Teleqraf.com xəbər verir ki, Azər İsmayılov İnstaqramda həyat yoldaşı ilə fotosunu paylaşıb.

"Doğum günün mübarək, mənim gözəl və sevimli həyat yoldaşım. Bu il keçdi, gələn il sənə nə arzu etdiyimi bilirsən", - deyə o, vurğulayıb.

Qeyd edək ki, Azər Zahid üçüncü dəfə evlənib. O, aparıcı Vüsalə Əlizadə və Nəcibə adlı xanımla ailəli olub.