Əsəd Qeysər: Pakistan Qarabağda turizmin inkişafına dəstək verməyə hazırdır

29 İyul 2021 21:37 (UTC+04:00)

Burada aparılan quruculuq işləri ilə tanış olduq. Pakistan olaraq biz buradakı quruculuq işlərinə öz töhfəmizi verməyə şad olarıq. Hətta burada turizmin inkişafına da dəstək olmağa hazırıq.

Teleqraf.com xəbər verir ki, bu fikirlər Şuşada səfərdə olan Pakistan İslam Respublikasının Milli Assambleyasının sədri Əsəd Qeysər məxsusdur.

O, həmçinin bildirib: “Biz bölgənin iqtisadi inkişafı üçün əlimizdən gələni əsirgəməyəcəyik. Çox şadam ki, Azərbaycan bu ərazilərdə genişmiqyaslı bərpa işləri həyata keçirir. Ümid edirəm ki, indi gördüyümüz bu ərazilər yaxın zamanlarda inkişaf etmiş bölgəyə çevriləcək”.