Rusiyada Su-35S qırıcısı qəzaya uğradı

31 İyul 2021 21:17 (UTC+04:00)

Rusiyanın Xabarovsk vilayətində Su-35S qırıcı təyyarəsi təlim uçuşu zamanı mühərrikin dayanması nəticəsində qəzaya uğrayıb.

Teleqraf.com, bu barədə Şərq Hərbi Dairəsinin mətbuat xidməti xəbər yayıb.

Təyyarənin Oxotsk dənizinin ərazi sularına düşdüyü bildirilir.

Pilotun sağ olduğu qeyd edilir.