Yer kürəsində qorxunc fəallaşma: 83 milyon insan həyatını itirə bilər

1 Avqust 2021 19:13 (UTC+04:00)

Dünyanın nüfuzlu elmi jurnallarından biri olan "Nature" dünyaya yayılan karbonun qazaının səbəb olduğu insan tələfatı ilə bağlı ilk araşdırmasını nəşr edib.

Teleqraf.com xəbər verir ki, araşdırmada 2100-cü ilə qədər karbonun həcminin artmasına görə temperaturun 4.1 dərəcə artacağı və əsrin sonuna qədər 83 milyon insanın ölə biləcəyi bildirilib.

Məqalədə Sənaye İnqilabından sonra havanın temperaturunun 1 dərəcə selsi artdığı və karbon emissiyası bu səviyyədə davam edərsə, əsrin sonunda temperaturun 4.1 dərəcə selsi artacağı qeyd olunub.

2020-ci ilə əsaslanan araşdırmada ekologiyaya 4 434 ton karbon qazının ifraz olunmasının dünya miqyasında həyat itkisinə səbəb olduğuna diqqət çəkilib. Bu yöndə araşdırma aparan Kolumbiya Universitetinin tədqiqatçısı Daniyel Bressler qeyd edib ki, havanın temperaturun 4.1 dərəcə selsi artsa, 2100-cü ilə qədər qlobal istiləşmə səbəbindən 83 milyon insan həyatını itirəcək.

Araşdırmada hər 3.5 ABŞ vətəndaşının havada karbonun həcminin artması səbəbindən öldüyünə diqqət çəkilib.

Hökumətlərarası İqlim Dəyişikliyi Paneli də ötən aylarda dərc etdiyi hesabatında planetin 2040-cı ilə qədər temperaturun 1.5 dərəcə selsi artacağını açıqlayıb.