Ucarda karantin qaydalarının pozulduğu toylar aşkarlandı

1 Avqust 2021 18:43 (UTC+04:00)

Ucar Rayon Polis Şöbəsinin əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirdikləri tədbirlər nəticəsində Alpout, Müsüslü, Məlikballı, Təzə Şilyan, Yuxarı Şilyan və Qaracallı kəndlərində yerləşən 8 fərdi yaşayış evində keçirilən toy məclislərində pandemiya tələblərinin pozulduğu və normadan artıq qonağın iştirak etdiyi aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, qayda pozuntularına yol vermiş ev sahibləri ilə mövcud qaydalar haqqında izahedici söhbətlər aparılıb. Qeyd edilir ki, onlar inzibati qaydada məsuliyyətə cəlb olunublar.