Aİ Türkiyəyə 3 yanğınsöndürən təyyarə göndərəcək

2 Avqust 2021 08:49 (UTC+04:00)

Avropa İttifaqı (Aİ) davam edən meşə yanğınlarının söndürülməsinə yardım etmək məqsədilə Türkiyəyə 3 yanğınsöndürən təyyarə göndərəcək.

Teleqraf.com-un məlumatına görə, bu barədə özünün "Twitter" səhifəsində Aİ-nin böhranların nizamlanması və humanitar yardım üzrə komissarı Yanez Lenarçiç yazıb.

Y.Lenarçiç davam edən yanğınlarla əlaqədar Aİ-nin Türkiyə ilə həmrəyliyini ifadə edib. O, Xorvatiya və İspaniyaya təyyarələrin göndərilməsinə görə təşəkker edib. Təyyarələrdən ikisini İspaniya, birini isə Xorvatiya göndərəcək.

Onun sözlərinə görə, Aİ hakimiyyəti bu məsələ ilə bağlı Türkiyə hakimiyyəti ilə daim əlaqədir: "Yaxınlarını itirən Türkiyə xalqını və dəhşətli yanğınlarla mübarizə üçün əllərindən gələni edən cəsur xilasediciləri düşünürük. Əlavə yardım göstərməyə hazırıq".